"Formula 1" üzrə Çin Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.
Ən yaxşı nəticəni "Maklaren"dən Oskar Piastri göstərib.
"Mercedes"dən Corc Rassel ikinci, Piastrinin komanda yoldaşı Lando Norris üçüncü olub.
Qeyd edək ki, Çin Qran-prisində əsas yarış sabah Bakı vaxtı vaxtı ilə saat 11:00-da start götürəcək. Bakıdakı mərhələ 19-21 sentyabr aralığında gerçəkləşəcək.