Cümə 28.03.2025

Azərbaycan Basketbol Liqasında XIX tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında XIX tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında XIX tur bu gün sonlanacaq.

Son olaraq üç oyun keçiriləcək.

B qrupunda 32 xalla müvafiq olaraq birinci və ikinci pillələrdə qərarlaşan komandalardan "Gəncə" "Şəki"nin qonağı olacaq. Qarşılaşma saat 14:00-da başlayacaq.

A qrupunda saat 16:00-da NTD - "Sabah", 19:00-da isə "Sərhədçi" - "Neftçi" görüşləri təşkil ediləcək. "Sabah" 32 xalla liderdir. "Neftçi" 27 xalla üçüncü, "Sərhədçi" və NTD 24 xalla müvafiq olaraq 5-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58 hesabı ilə məğlub edib.