Çərşənbə 26.03.2025

“Ayın qolu” layihəsində fevralın qalibləri məlum olub

“Ayın qolu” layihəsində fevralın qalibləri məlum olub

Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.

Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), I Liqada Ramil Orucov (MOİK), II Liqada Eşqin Tağıyev ("Qusar") qalib olub.

II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.