Çərşənbə 26.03.2025

Millimiz Avropa çempionatının II seçmə mərhələsində Maltaya uduzub

Millimiz Avropa çempionatının II seçmə mərhələsində Maltaya uduzub

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində Maltaya məğlub olub.

B Liqasının II qrupunda yer alan komandaların oyununda rəqib 2:0 hesablı qələbəyə sevinib.

Görüş Bayıl stadionunda baş tutub.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib - 3:2.