Çərşənbə 26.03.2025

Azərbaycan Basketbol Liqasında XIX tur start götürəcək

Azərbaycan Basketbol Liqasında XIX tur start götürəcək

Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.

Günün yeganə matçında "Sumqayıt" "Ordu"nu qəbul edəcək.

Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək. Meydan sahibləri B qrupunda 25 xalla dördüncü, qonaqlar 23 xalla beşincidir.

Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.