Cümə 14.03.2025

"Sumqayıt"ın futbolçusu Özbəkistan millisinə dəvət alıb

"Sumqayıt"ın futbolçusu Özbəkistan millisinə dəvət alıb

"Sumqayıt"ın futbolçusu Bobur Abdixolikov Özbəkistan milli komandasına dəvət alıb.

27 yaşlı hücumçu Qırğızıstan və İran yığmalarına qarşı dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, görüşlər müvafiq olaraq martın 20-də və 25-də keçiriləcək.