Cümə 14.03.2025

I Liqa klubu kot-d'İvuarlı futbolçu ilə anlaşıb

I Liqa klubu kot-d'İvuarlı futbolçu ilə anlaşıb

Azərbaycan I Liqa təmsilçisi "Mingəçevir" heyətini kot-d'İvuarlı futbolçu ilə gücləndirib.

Bölgə komandası Donald Ange ilə anlaşıb.

20 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Ange son olaraq Moldova I Liqasında çıxış edən “Saksan”da çıxış edib. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.