Cümə 14.03.2025

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibinin adına aydınlıq gələcək.

Həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.

Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.

Sözügedən stadionda bu gün həmçinin üçüncü yer uğrunda “Aznur” və “Galaxy” komandaları qarşılaşacaq. Görüşə saat 19:30-da start veriləcək.

Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.