Cümə 14.03.2025

Rafael Fiziyev Castin Qeydjiyə məğlub olub

Rafael Fiziyev Castin Qeydjiyə məğlub olub

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti oyununu keçirib.

32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeydji ilə üz-üzə gəlib.

Üç raundun yekununa əsasən R.Fiziyev rəqibinə uduzub.

Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də Fiziyev Qeydjiyə məğlub olmuşdu.