Şənbə 15.03.2025

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasının XVII turunda “Sabah” “Neftçi”ni məğlub edib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun qarşılaşması Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 105:77 hesablı qələbəsi ilə başa çatıb.

XVII turda bu gün daha iki oyun keçiriləcək. B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gələcək. A qrupunda isə “Abşeron” “Sərhədçi”ni sınağa çəkəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən NTD - "Naxçıvan" matçı birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.