Şənbə 15.03.2025

Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün daha üç oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün daha üç oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün daha üç oyun baş tutacaq.

Əvvəlcə A qrupunda “Sabah” “Neftçi” ilə üz üzə gələcək.

“Sabah” hazırda 28 xalla qrup lideridir. Üçüncü olan “Neftçi”nin 24 xalı var.

B qrupunda isə “Quba” “Şəki”ni qəbul edəcək. “Şəki” hazırda 28 xalla ikinci yerdə qərarlaşıb. “Quba” isə 20 xalla beşincidir.

Hər iki görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. “Sabah” - “Neftçi” matçı saat 12:30-da, “Quba” - “Şəki” qarşılaşması 16:00-da başlayacaq.

A qrupunda daha bir görüş isə Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək. “Abşeron” komandası “Sərhədçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək. “Abşeron” qrupda dördüncü, “Sərhədçi” isə beşinci yerdə qərarlaşıb. Hər iki komandanın 22 xalı var.

Qeyd edək ki, turun ötən gün keçirilən NTD - "Naxçıvan" matçı birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.