Cümə axşamı 24.04.2025

Boksçusumuz beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Boksçusumuz beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycanın gənc bokçusu Banuçiçək Nəsirli (48 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.

İdmançı 1/4 finalda qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib.

Görüş Nəsirlinin qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, B.Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.