Şənbə 15.03.2025

Boksçularımız Gürcüstan millisi ilə birgə hazırlığa başlayıblar

Boksçularımız Gürcüstan millisi ilə birgə hazırlığa başlayıblar

Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb.

Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.

Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.