Cümə 14.03.2025

Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün XIV turun daha bir oyunu keçiriləcək.

A qrupunda son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.

Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.