Bu gün Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib. "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşıb.
Noyabrın 21-də baş tutmalı olan görüş futbolçuların yenidən koronavirus testindən keçməsi səbəbindən bu günə təxirə salınıb.
İndiyədək ölkə çempionatında 8 dəfə üz-üzə gələn komandalar eyni sayda (3) qələbə qazanmışdılar. 2 görüş isə heç-heçə başa çatıb.
3 qolun qeydə alındığı görüşdə "Sabah" qələbə qazanıb. Meydan sahibləri 6 oyunluq məğlubiyyətdən sonra 3 xala sahib olub.
Turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası, X tur
23 noyabr
"Sabah" - "Səbail" - 2:1
Qollar: A.Diallo, 11. A.Seydiyev, 33 - R.Əliyev 90+5-pen.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena".