Cümə 14.03.2025

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb, birini icarəyə verib

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb, birini icarəyə verib

"Qəbələ" klubu iki futbolçusu ilə yollarını ayırıb, birini isə icarəyə verib.

Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalı isə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.