Cümə 14.03.2025

Gənc badmintonçularımız beynəlxalq turnirdə iki medal qazanıblar

Gənc badmintonçularımız beynəlxalq turnirdə iki medal qazanıblar

Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.

Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.

Ülvi Hüseynov - Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.