Şənbə 19.04.2025

Azərbaycan Basketbol Liqası: XII tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqası: XII tura bu gün start veriləcək

Azərbaycan Basketbol Liqasında XII tura bu gün saat 19:00-da "Sərhədçi" - "Abşeron" oyunu ilə start veriləcək.

Yanvarın 23-də, eyni saatda "Neftçi" - "Sabah" matçı başlayacaq.

Növbəti gün, saat 14:00-da "Lənkəran" - "Sumqayıt", yanvarın 25-də, saat 12:30-da "Naxçıvan" - NTD, 14:00-da isə "Gəncə" - "Quba" görüşləri gerçəkləşəcək.

Nəhayət, yanvarın 26-da, saat 14:00-da "Şəki" - "Quba" qarşılaşması start götürəcək.