Cümə 14.03.2025

FIBA Çempionlar Liqasının daha bir oyunu Bakıda keçiriləcək

FIBA Çempionlar Liqasının daha bir oyunu Bakıda keçiriləcək

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel" (Holon) klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək.

Komandalar arasında həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, yanvarın 7-də ölkəmizdə baş tutan matçda "Aliağa Petkim Spor" rəqibini 82:81 hesabı ilə məğlub edərək seriyada önə keçib. Yanvarın 14-də isə "Hapoel"in qələbəsi qeydə alınıb - 65:62.