Çərşənbə 15.01.2025

Yığmamızın futbolçusu Türkiyə klubu ilə vidalaşıb

Yığmamızın futbolçusu Türkiyə klubu ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu Jalə Məhsimova Türkiyənin “Beylerbeyi” klubundan ayrılıb.

Bununla bağlı həmyerlimiz sosial şəbəkədə paylaşım edib.

28 yaşlı futbolçu bildirib ki, “Beylerbeyi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Məhsimova Türkiyə klubuna 2024-cü ildə keçmişdi.