Çərşənbə 05.02.2025

"Turan Tovuz” Türkiyədə ilk yoxlama matçını keçirib

"Turan Tovuz” Türkiyədə ilk yoxlama matçını keçirib

Turan Tovuz” klubu Türkiyədə ilk yoxlama matçını keçirib.

Tovuz təmsilçisi Antalyada Rumıniyanın “Qloriya" (Buzeu) komandası ilə qarşılaşıb.

Oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan klublarının bu gün keçirdikləri digər yoxlama görüşlərində "Qarabağ" "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Araz-Naxçıvan" qarşılaşması isə heç-heçə yekunlaşıb - 2:2.