Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2025-ci ilin ilk oyunları keçiriləcək.
IV turun açılış matçında MOİK "Azərreyl"lə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
İki saat sonra "Murov Az Terminal" - "Xilasedici" görüşü başlayacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Turun "Neftçi" - "Gənclər" oyunu yanvarın 8-də baş tutacaq. Hər 3 qarşılaşma "CBC Sport"la canlı təqdim ediləcək.