Cümə 25.04.2025

Dünya reytinqi: Qaşım Maqomedov ikincidir

Dünya reytinqi: Qaşım Maqomedov ikincidir

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin yanvar ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi dəyişməyib.

58 kq çəki dərəcəsində mübarizə aparan idmançı ikinci pillədə qərarlaşıb.

Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.