Çərşənbə axşamı 07.01.2025

Novak Cokoviç ilin ilk turniri ilə erkən vidalaşıb

Novak Cokoviç ilin ilk turniri ilə erkən vidalaşıb

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Novak Cokoviç 2025-ci ilin ilk turnirində mübarizəni dayandırıb.

Serbiyalı tennisçi Brisbendə amerikalı Viktor Oplekaya uduzub.

Novak turnirin 1/4 finalında hər iki setdə rəqibinə məğlub olub. Reytinq cədvəlində 293-cü pillədə qərarlaşan Opelka 7:6 (8:6), 6:3 hesabları ilə qalib gəlib.

Qeyd edək ki, Cokoviç 10 gün start götürəcək mövsümün ilk "Böyük Dəbilqə"si Australian Opendə iştirak edəcək.