"Neftçi" klubu macarıstanlı futbolçusu Mark Tamaşla yollarını ayırıb.
31 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. M.Tamaşla bir neçə klubun maraqlandığı bildirilir.
Qeyd edək ki, 2023-cü ildə "ağ-qaralar"a keçən oyunçunun sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.