Bazar ertəsi 05.05.2025

Şahmat: Dünya çempionatında Məmmədyarov Karlsenlə qarşılaşıb

Şahmat: Dünya çempionatında Məmmədyarov Karlsenlə qarşılaşıb

Nyu-Yorkda (ABŞ) blits üzrə dünya çempionatı keçirilir.

Şəhriyar Məmmədyarov və Maqnus Karlsen arasında qarşılaşma baş tutub. Azərbaycan şahmatçısı 6-cı turda 16-cı dünya çempionuna uduzub.

Qrossmeysterlərimiz arasında ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 8,5 xal toplayaraq 28-ci yeri tutub. Eltac Səfərli ondan yarım xal az toplamaqla 42-ci, Şəhriyar Məmmədyarov isə 7,5 xalla 51-ci olub.

Qadınlar arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. O, 6,5 xal toplayaraq 27-ci yerdə qərarlaşıb.