Şənbə 28.12.2024

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda kişilər arasında Stanislav Belousov (SOCAR) birinci olub.

Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədzadə yarışı ikinci, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Novruzov isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Leyla Əliyeva, Sima Səfərova (hər ikisi FHN), Aysu Kərimzadə (Gənclər və İdman Nazirliyi) fərqləniblər.