Şənbə 19.04.2025

Alfonso Dominqes Dubayda mükafatlandırılıb

Alfonso Dominqes Dubayda mükafatlandırılıb

Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Beynəlxalq Boks Assosasiyası tərəfindən mükafatlandırılıb.

Beynəlxalq Boks Assosasiyasının Dubayda keçirilən Konqressində 2024-cü ilin ən yaxşıları fərqləndirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı olan A.Dominqes də ilin ən yaxşıları arasında yer alıb.