Bazar ertəsi 12.05.2025

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.

O, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY İstanbul" (Türkiyə) və “Mbh-Bekeşçaba" (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.