Xorvatiyanın paytaxtı Zaqrebdə fiqurlu konkisürmə üzrə “Golden Spin” turniri davam edir.
Qadınların fərdi yarışlarına da start verilib.
Azərbaycan təmsilçisi Nərgiz Süleymanova buz üzərində bacarığını nümayiş etdirib. O, qısa proqramda 44,34 xal toplayıb.
İdmançımız bu nəticə ilə 16-cı olub. Ümumilikdə buz üzərinə 23 fiqurlu konkisürən çıxıb.