Çərşənbə 16.04.2025

15 şahmatçımız dünya çempionatında qüvvəsini sınayacaq

15 şahmatçımız dünya çempionatında qüvvəsini sınayacaq

Dekabrın 26-31-i aralığında ABŞ-nin Nyu York şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanın 15 şahmatçısı mübarizə aparacaq.

Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Read Səmədov və Vüqar Manafov çıxış edəcəklər.

Qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya çempionatı üçün 300 şahmatçı qeydiyyatdan keçib.