Şənbə 19.04.2025

Davit Volkov Premyer Liqada 50-ci qolunu vurub

Davit Volkov Premyer Liqada 50-ci qolunu vurub

"Zirə"nin legioneri Davit Volkov Misli Premyer Liqasında 50-ci qolunu vurub.

O, XV turun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.

D.Volkovun matçdakı son qolu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.