Şənbə 19.04.2025

Misli Premyer Liqası: "Kəpəz" "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqası: "Kəpəz" "Şamaxı"nı məğlub edib

Misli Premyer Liqasının XV turunda “Kəpəz” “Şamaxı”nı məğlub edib.

Şamaxı şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 70-ci dəqiqədə Paçu rəqib qapısından keçirib.

Qeyd edək ki, bu oyundan sonra “Kəpəz” turnir cədvəlində xallarının sayını 10-a çatdıraraq 9-cu pilləyə yüksəlib. "Şamaxı" isə 13 xalla 7-ci yerdə qərarlaşıb.