Çərşənbə axşamı 15.04.2025

Misli Premyer Liqası: "Sabah" Berezutskinin rəhbərliyi altında ilk qələbəsini qazanıb

Misli Premyer Liqası: "Sabah" Berezutskinin rəhbərliyi altında ilk qələbəsini qazanıb

Misli Premyer Liqasının XV turunda "Sabah" "Səbail"ə qalib gəlib.

"Bank Respublika Arena"da baş tutan matçda Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu ilk yarım saatın tamamına 1 dəqiqə qalmış Coy Lens Mikels qonaq komandanın qapısından keçirib.

"Bayquşlar" bu qələbə sayəsində xallarının sayını 22-ə çatdıraraq dördüncü sıraya yüksəliblər. "Səbail" isə 8 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun açılış görüşündə "Araz-Naxçıvan" "Səbail"i minimal hesabla üstələyib.