Cümə axşamı 24.04.2025

Yoldaşlıq oyunu: Millisi Rusiya yığması ilə üz-üzə gələcək

Yoldaşlıq oyunu: Millisi Rusiya yığması ilə üz-üzə gələcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gələcək.

Soçi şəhərindəki FİŞT Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Görüşün baş hakimi tacikistanlı Dilşoda Rahmonova olacaq.

Qeyd edək ki, komandalar dekabrın 2-də yenidən üz-üzə gələcəklər.