Cümə 22.11.2024

"Kəpəz"in futbolçusu əməliyyat olunub

"Kəpəz"in futbolçusu əməliyyat olunub

Kəpəz" klubunun futbolçusu İlkin Qırtımov əməliyyat olunub.

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla aparılıb. Qırtımovun bərpa müddəti 3 həftə çəkəcək.

Qeyd edək ki, müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulmuşdu.