Şənbə 19.04.2025

Çimərlik voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar

Çimərlik voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar

Azərbaycanın çimərlik voleybolçularından ibarət millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Alanya şəhərinə yollanıb.

Yığmamız qardaş ölkədə Almaniya, Avstriya və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, noyabrın 22-dək davam edəcək hazırlıq prosesinə altı qız, altı oğlan voleybolçu cəlb olunub. Qızlar rusiyalı mütəxəssis İqor Olefirin, oğlanlar isə komandaya yeni cəlb olunan latviyalı Atvars Vildenin rəhbərliyi altında hazırlıq keçəcəklər.