Cümə axşamı 26.12.2024

Millimizin üç üzvü Bosniya və Herseqovina ilə oyunlarda iştirak etməyəcək

Millimizin üç üzvü Bosniya və Herseqovina ilə oyunlarda iştirak etməyəcək

Azərbaycan futzal millisinin üç üzvü Bosniya və Herseqovina ilə səfərdə keçiriləcək yoxlama oyunlarında iştirak etməyəcək.

Bunu yığmanın baş məşqçisi Vitali Borisov deyib.

42 yaşlı mütəxəssis həmin futzalçıların müəyyən səbəblərdən səfərə yollana bilməyəcəklərini vurğulayıb:

“Qapıçı Rövşən Hüseynov yenə komandaya qatıla bilməyəcək. Çünki bizim təlim-məşq toplanışı keçirəcəyimiz müddətdə onun çempionat matçları var. Ona görə də qərara gəldik ki, Rövşən Qazaxıstanda qalıb oyunlarını keçirsin. Komandasının əsas qapıçısı olaraq qalıb oyunlarda iştirak etməsi daha faydalıdır. Digər tərəfdən, yol yorğunluğu ola bilər. Kənan Manafov hələ zədəsini tam sağaltmayıb. Fərid Atakişiyev də şəxsi problemlər səbəbindən bizimlə səfərə yollanmayacaq”.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 4-ü və 5-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşləri keçirəcək.