Çərşənbə axşamı 22.10.2024

Azərbaycanın FIFA referisi növbəti təyinat alıb

Azərbaycanın FIFA referisi növbəti təyinat alıb

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Ədalət təmsilçisi oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.