Çərşənbə axşamı 22.10.2024

Avropa Çempionatı: Daha bir boksçumuz gümüş medal qazanıb

Avropa Çempionatı: Daha bir boksçumuz gümüş medal qazanıb

Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.

Yığmanın hesabına növbəti mükafatı Murad Allahverdiyev (80 kq) yazdırıb.

Bununla da millinin Sofiyada əldə etdiyi medalların sayı dördə yüksəlib. Allahverdiyevdən öncə Tural Sarıyev (48 kq) ikinci, Nicat Hüseynov (51 kq) Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.