Çərşənbə axşamı 22.10.2024

Mahir Emreli "Nürnberq"də qol hesabını açıb

Mahir Emreli "Nürnberq"də qol hesabını açıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında qol hesabını açıb.

Qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.

Səfərdə "Qroyter Fyurt" kollektivinin qonağı olan "Nürnberq"in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.

Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.