Çərşənbə axşamı 22.10.2024

Azərbaycan Basketbol Liqası: Bu gün I tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqası: Bu gün I tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında I turun görüşlərinə yekun vurulacaq.

Son gündə 3 matç keçiriləcək.

Saat 12:30-da Bakı İdman Sarayında son çempion "Sabah" "Sərhədçi" ilə qarşılaşacaq.

Şəkidə isə yerli komanda "Quba"nı sınağa çəkəcək. Olimpiya İdman Komleksində reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Tura "Sumqayıt" - "Ordu" matçı ilə yekun vurulacaq. Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr

12:30. "Sabah" - "Sərhədçi"
14:00. "Şəki" - "Quba"
20:00. "Sumqayıt" - "Ordu"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" isə "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.