Çərşənbə axşamı 22.10.2024

Bu gün Misli Premyer Liqasında X tura yekun vurulacaq

Bu gün Misli Premyer Liqasında X tura yekun vurulacaq

Bu gün Misli Premyer Liqasında X tur iki qarşılaşma ilə sonlanacaq.

Turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edəcək.

Komandalar müvafiq olaraq turnir cədvəlində 15 xalla dördüncü və beşinci pillələrdə qərarlaşıblar. Zirə Olimpiya İdman Kompleksində baş tutacaq matçın start fiti saat 17:30-da səslənəcək.

X turun bağlanış qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Turan Tovuz" arasında reallaşacaq. I dövrəni 3-cü pillədə başa vuran qərb təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir. Doğma publika önündə çıxış edən "Sumqayıt" isə hazırda yer aldığı 9-cu pillədən qurtulmaq üçün qələbə qazanmağa çalışacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Misli Premyer Liqası
II dövrə, X tur
20 oktyabr

17:30.“Zirə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə Olimpiya İdman Kompleksi.

20:00.“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.