Çərşənbə axşamı 22.10.2024

Misli Premyer Liqası: "Neftçi" "Səbail"lə oyunda 3 xalı 3 qolla qazandı

Misli Premyer Liqası: "Neftçi" "Səbail"lə oyunda 3 xalı 3 qolla qazandı

Misli Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.

Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.

"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Bu nəticədən sonra "Neftçi" 8 xalla 7-ci pilləyə yüksəlib. Hazırda turnir cədvəlində 8-ci yerdə olan "Səbail"in isə 7 xalı var.

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyükhesablı üstünlüklə ayrılıb - 5:0.

X turun digər görüşləri sabah reallaşacaq.