Şənbə 21.12.2024

"Lənkəran" türkiyəli oyunçusu ilə yollarını ayırıb

"Lənkəran" türkiyəli oyunçusu ilə yollarını ayırıb

“Lənkəran” klubu bir basketbolçu ilə yollarını ayırıb.

Türkiyəli Çınar Çakmakın zədə səbəbindən bu mövsüm komandaya kömək edə bilməyəcəyi bəlli olub.

Bu səbəbdən 18 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 193 sm boya malik hücumçu ilə müqavilə 1 illik nəzərdə tutulmuşdu. Çınar Çakmak Türkiyənin “Cedi Osman Akademiyası” komandasından “Lənkəran”a qoşulmuşdu.