Bazar 08.09.2024

"Panatinaikos" Ergin Atamanla yeni müqavilə imzalayıb

"Panatinaikos" Ergin Atamanla yeni müqavilə imzalayıb

Yunanıstan klubu ilə mütəxəssis arasında yeni razılaşma 3 illik nəzərdə tutulub.

Türkiyəli çalışdırıcı ötən mövsümdən "Panatinaikos"un sükanı arxasındadır. 59 yaşlı Atamanın rəhbərliyi ilə "yaşıllar" Avroliqanın və Yunanıstan çempionatının qalibi olublar.

Qeyd edək ki, Ataman Türkiyə yığmasının da baş məşqçisi vəzifəsini tutur.