Bazar 08.09.2024

Millimiz Avropa Çempionatına qələbə ilə start verib

Millimiz Avropa Çempionatına qələbə ilə start verib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxıb.

Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşıb. Matç yığmamızın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.