Milli assosiasiyanın rəsmi saytı xəbər verir ki, toplantı iyulun 12-də qurumun inzibati binasında təşkil ediləcək.
Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib:
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;
5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi;
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;
7. Digər məsələlər.