Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç oynanılacaq.
Səfərdə rəqibi üzərində minimalhesablı qələbəyə sevinən "Real Madrid" "Santiaqo Bernabeu"da "Leypsiq"ə qarşı ən azından bu nəticəni qorumağa çalışacaq. Bakı vaxtilə saat 23:55-də start götürəcək qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.
Paralel keçiriləcək digər görüşdə isə turnirin son qalibi "Mançester Siti" "Kopenhagen"i qəbul edəcək. Xosep Qvardiolanın kollektivi ilk matçda 3:1 hesablı qələbə qazanıb. Onlar ən azından bu nəticəni qorumaq üçün çalışacaqlar.
UEFA ÇEMPİONLAR LİQASI
6 mart
00:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 3:1
00:00. "Real" (İspaniya) - "Leypsiq" (Almaniya)
İlk oyun - 1:0