Bu həftə milli komandaların FİFA reytinqi açıqlanacaq.
Yığmaların 2024-cü ilin ilk siyahısında mövqeləri indidən bəllidir.
Azərbaycan millisi fevralın 15-də dərc olunacaq cədvəldə 113-cü olacaq. Baş məşqçisiz yığmamızın hesabında 1174,22 xal qalacaq.
Hesabat dövründə heç bir matça çıxmayan millimiz bir pillə irəliləyəcək. Buna səbəb Livan, Hindistan, Qvineya-Bissaunun xal itkiləri, Namibiya və Anqolanın böyük sıçrayışıdır. Üç yığmanı keçən, ikisindən geri düşən komandamız nəticədə 113-cü sırada qərarlaşacaq.
Qeyd edək ki, Argentina 1855,20 xalla liderliyini qoruyacaq.